METBUAT.AZ

Dünya

​Gürcüstandakı etirazlarda 298 nəfər saxlanıldı -

3 Dekabr 2024 22:53

Gürcüstanın paytaxtı Tbilisidə davam edən nümayişlərdə 298 nəfərin saxlanıldığı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze açıqlama verib. Tbilisidə parlament qarşısında davam edən nümayişlərdə iştirak edən bəzi fəalların polisə qarşı zorakılıq törətdiyini qeyd edən Daraxvelidze, qarşıdurmalarda indiyədək 143 polis əməkdaşının yaralandığını bildirib. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə ölkədə baş verənlərlə bağlı açıqlama verərək növbəti dəfə müxalifəti və onların tərəfdarlarını qeyri-sabitlik yaratmaqda ittiham edib.

Qeyd edək ki, Gürcüstanın baş naziri Kobaxidze ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqları dayandırdığını açıqlayıb. Bundan sonra etirazlar başlayıb. Nümayişlər ölkənin müxtəlif şəhərlərində, o cümlədən Tbilisidə davam edir.


metbuat.az.