METBUAT.AZ

İdman

Gürcüstanlı futbolçu ağır zədədən xilas oldu

11 Dekabr 2024 03:19

"Napoli" klubunun gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ağır zədədən xilas olub.

Metbuat.az xəbər verir ki, A Seriyasının XV turunda "Latsio"ya qarşı keçirilən matçda zədələnən oyunçunun sağ dizindəki bağda qırılma aşkarlanıb. Bununla belə, son müayinədən sonra medial kollateral bağın zədələnməsinin təhlükəli olmadığı müəyyənləşib.

Qeyd edək ki, X.Kvaratsxeliya cari mövsüm 17 oyunda 5 qol vurub.


metbuat.az.