METBUAT.AZ

Sosial

"Həsas təbəqədən olan qadınların məşğulluğu" layihəsinin təlimləri başlayıb

28 Oktyabr 2024 14:10

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Həssas təbəqədən olan qadınların məşğulluğu" layihəsinin icrasına başlanılıb.

İyirmi nəfər xanımın iştirak edəcəyi layihənin məqsədi Sumqayıt şəhərində qadınların məşğulluq imkanlarının artırılması, onlarda müasir əmək bazarına uyğun bilik və bacarıqların formalaşmasına dəstək olmaqdır. Layihə çərçivəsində iştirakçılara nəzəri və praktiki olmaqla dörd modul üzrə təlimlər keçiriləcək.

28 sentyabr tarixində keçirilən layihənin ilk təlimində layihənin təlimçisi Zeynal Rəşidli iştirakçıları salamlayaraq, layihənin əsas məqsədi haqqında məlumat verib, daha sonra "Imək bazarının tələbləri" mövzusunda təlim keçib. Təlim qarşılıqlı müzakirə formatında davam edib.

Qeyd edək ki, "Həssas təbəqədən olan qadınların məşğulluğu" layihəsi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olub.


metbuat.az.