5 Dekabr 2024 15:23
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu, Hüseyn Rəhimovdur.
O, şirkətin rəhbərliyində Məzahir Piriyevi əvəz edib.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.