22 Dekabr 2024 00:59
Peşəkar Futbol Liqası (PFL) 2023-cü il dekabrın 21-də Xankəndi şəhər stadionunda Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş "Qarabağ" - Mərkəzi Ordu İdman Klubu (MOİK) matçı barədə süjet hazırlayıb.
Metbuat.az PFL-in saytına istinadla xəbər verir ki, süjetdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın şəhid övladları ilə matçı birlikdə izləmələri və onlarla söhbətləşmələrindən də bəhs edilib.
Şəhid övladları bir il öncə keçirilən qarşılaşmada yaşadıqları unudulmaz anlarla bağlı təəssüratlarını PFL-in süjetində bölüşüblər.
Şəhid övladının biri dövlət başçısı ilə bağlı xatirəsini bölüşərkən deyib: "İlham baba dedi ki, get papağını tax. Mən də dedim ki, onda yerimi saxla, gələcəyəm. Papağımı geyinib gələndə gördüm ki, yerimi saxlamışdı".
Ətraflı videoda: