9 Dekabr 2024 17:21
İtaliyada enerji şirkətinin yanacaq anbarında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Şirkətin rəhbəri Eugenio Canni hadisə ilə bağlı açıqlama verib:
"Partlayış Florensiyanın şimalındakı Kalenzano bölgəsində baş verib. Yanğın anbara ziyan vurub və hazırda yanğınsöndürənlər alovu söndürməyə davam edirlər".