METBUAT.AZ

Hadisə

Keçmiş məmurlar 1 milyonluq yeyintiyə görə məsuliyyətə cəlb edildi

29 Dekabr 2024 21:38

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov cinayət məsuliyyətinə cəlb ediliblər.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sabiq vəzifəlilər 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Fakt Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqlənib.


metbuat.az.