10 Dekabr 2024 11:45
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı son reytinq cədvəlində Azərbaycan 4 klubla təmsil olunub.
Metbuat.az-ın məlumatına görə, "Qarabağ" 177,50 xalla dünya reytinqində 67-ci pillədə yer alıb. Ağdam klubu ötən ayla müqayisədə 5 pillə irəliləyib.
"Zirə" isə 94,25 xalla 219-cu yerdə qərarlaşıb. Paytaxt təmsilçisinin mövqeyi dəyişməz qalıb.
Ötən aya nisbətən "Sabah" 9 pillə irəliləyərək 62,50 xalla 409-cu yeri tutub.
Reytinqə əlavə olunan digər Azərbaycan klubu "Turan Tovuz" 53,75 xalla 496-cı sırada qərarlaşıb.
Qeyd edək ki, siyahıya 388 xalla İspaniya nəhəngi "Real Madrid" başçılıq edir.