METBUAT.AZ

Ölkə

Kürdə məktəbli batıb -

24 Dekabr 2024 22:35

Zərdabda 13 yaşlı yeniyetmə qız Kür çayında batıb.

Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, hadisə dekabrın 24-də, səhər saatlarında Kür çayının rayonun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 8-ci sinif şagirdi olan Saray Sərvan qızı Kərimli səhər-səhər məktəbə getmək adı ilə evdən çıxıb, sonradan isə onun Kür çayında batdığı bildirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar və hazırda yeniyetmənin tapılması istiqamətində zəruri işlər həyata keçirilir.

"Dərs adı ilə evdən çıxıb, məktəbə çatmayıb. Sonradan müəllimləri məlumat alıblar. Çantasını Kürün qırağından tapıblar", - yeniyetmənin əmisi Zamin Kərimov Baku TV-yə danışarkən bildirib.



metbuat.az.