METBUAT.AZ

Dünya

Livandan atəşkəs barədə açıqlama

3 Dekabr 2024 23:35

Livanın xarici işlər naziri Abdullah Buhabib ölkəsinin İsraillə atəşkəs razılaşması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bəyan edib.

Metbuat.az xəbər verir ki, Buhabib Qəzzaya humanitar müdaxiləni gücləndirmək üçün Misirin paytaxtı Qahirədə keçirilən Qahirə Nazirlər Konfransındakı çıxışında belə deyib. O bildirib ki, İsrailin Livan torpaqlarındakı işğalına son qoyulmaqla sabitlik və davamlı sülh əldə edilə bilər.

Buhabibin sözlərinə görə, Livan hücuma məruz qaldığı zaman seçiminin diplomatiya və özünümüdafiə olduğunu açıq şəkildə bildirib. Buhabib “ABŞ və Fransanın birgə bəyanatında qeyd olunan qaydalara uyğun olaraq öhdəliklərimizi yerinə yetirəcəyimizə dair sözümüzü bir daha bəyan edirik. Biz İsrailin Livan ərazisini bütün işğalına son qoymadan sabitliyə və davamlı sülhə nail ola bilməyəcəyik” - deyə bildirib.


metbuat.az.