2 Dekabr 2024 15:53
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
Metbuat.az xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Əli Kərimli 1500 manat məblığində cərimə olunub.
AXCP sədri qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.