19 Dekabr 2024 23:10
Tanınmış amerikalı aktyor Zak Gilfordun son halı müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, 42 yaşlı aktyor üzü şişmiş halda olan fotosunu sosial media hesabında paylaşıb. Gilford "Criminal Minds: Evolution" serialının çəkilişindən sonra üzündə şişkinlik yarandığını bildirib. O, paylaşdığı şəkillərə belə qeyd əlavə edib: "Üzümü normal hala qaytarmaq üçün çalışan bütün tibb bacılarına, həkimlərə və xəstəxana işçilərinə təşəkkür edirəm. Hələ də sağalma mərhələsindəyəm".
Gilford şişkinliyin səbəbi barədə açıqlama verməsə də, bunun allergik reaksiya və ya dərman istifadəsi ilə bağlı ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, Zak Gilford daha çox "Criminal Minds: Evolution" və "Friday Night Lights" serialları ilə tanınıb.