METBUAT.AZ

Şou

Məşhur müğənni naziri məhkəməyə verdi

14 Dekabr 2024 19:00

Rusiyanın məşhur müğənnisi, "Zveri" qrupunun rəhbəri Roman Bilik Tver vilayətinin mədəniyyət naziri Kseniya Qlinka və bölgənin Bədən Tərbiyəsi və İdman Komitəsini məhkəməyə verib.

Metbuat.az xəbər verir ki, məhkəməyə səbəb müğənninin Rusiyanın Ukraynaya hücumuna mübahisəli mövqeyi səbəbindən qrupun noyabrın 13-də Tverdə planlaşdırılan konsertinin ləğvi olub.

Roman Bilik bildirib ki, Ukraynadakı rus döyüşçüləri qarşısında çıxış edib.

Musiqiçi konsertinin ləğvinin qanunsuz elan edilməsini və məhkəmə xərclərinin 100 min rublunu tələb edib.


metbuat.az.