METBUAT.AZ

Ölkə

Metroda problem yarandı

12 Dekabr 2024 10:35

Bakı metrosunda "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

Məlumata görə, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.


metbuat.az.