METBUAT.AZ

Hadisə

"Neolit"dəki yanğında xəsarət alan olub?

19 Dekabr 2024 11:45

Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın zamanı xəsarət halı ilə bağlı hər hansı fakt qeydə alınmayıb.

Metbuat.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Hazırda konstruksiyaların sökülmə işləri həyata keçirilir. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır", - deyə o qeyd edib.


metbuat.az.