METBUAT.AZ

Siyasət

Pakistan XİN rəhbəri Azərbaycana başsağlığı verdi

25 Dekabr 2024 15:28

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə xəbər məni çox kədərləndirdi.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial media hesabında qeyd edib.

"Bu hadisədə insanların itkisinə görə qardaşım xarici işlər naziri Ceyhun Bayramova və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz dünyasını dəyişənlərin ailələri ilədir. Xəsarət alanlara şəfa diləyirik", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


metbuat.az.