23 Dekabr 2024 13:41
1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi yalnız Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqında olub və danışıqlar prosesində başqa heç bir məzmun olmayıb.
Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan Respublikasında danışıqların başqa mövzularla bağlı olduğu barədə yayılan məlumatlar daxili auditoriyaya yönəlib:
“Bu kontekstdə mən böyük bir səhvə yol verdim: 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd olunanları özümə etiraf etmədim (Sizə məlum olan vətənpərvərliyim bunu etməyə imkan vermədi) və buna görə də həmin məsələləri xalq üçün aydınlaşdırmadım”.