26 Dekabr 2024 09:45
"Qalatasaray" heyətini gücləndirmək üçün səylərini davam etdirir.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" "Lion"un ulduzu Georges Mikautadze üçün rəsmi təklif göndərib. "TRT Spor"un məlumatına görə, "Qalatasaray" Mikautadze üçün "Lion"a 17 milyon avro təklif edib. Gürcü ulduzu 18 milyon avroya transfer edən "Lion" transferdən daha çox gəlir əldə etmək istəyir. Buna görə də, “Lion”un daha böyük məbləğə razılıq verəcəyi deyilir. "Qalatasaray" Mikautadzeni 17 milyon avroya heyətinə qatsa, bu, Superliqa tarixində 4-cü ən bahalı transfer olacaq.
Qeyd edək ki, “Lion” klubunun aşağı liqaya düşmə ehtimalı var. Buna görə də, bəzi futbolçular klubdan ayrıla bilər. "Qalatasaray" da futbolçunun bu istəyindən istifadə etməyə çalışır.