10 Dekabr 2024 23:26
Qətər Bəşər Əsədin devrilməsindən sonra Suriyada hakimiyyəti ələ keçirən Heyət Təhrir əl-Şam ilə rəsmi əlaqə yaradan ilk ölkə olub.
Metbuat.az xəbər verir ki, bu barədə Röyters məlumat yayıb. Məlumata görə, Qətər tərəfi Heyət Təhrir əl-Şam qruplaşmasını nümayəndələri ilə də görüş keçirəcək. Qətər Suriyada keçid prosesində sabitliyin və ictimai qurumların qorunmasının vacibliyinə diqqət çəkib. Lakin Heyət Təhrir əl-Şam qruplaşmasının terrorçular siyahısında olması hələ də onun Suriyanın yeni hökuməti kimi tanınmasına əngəl törədir. Bildirilir ki,
Qətərin Heyət Təhrir əl-Şam ilə təmasları Qətər Baş nazirinin ev sahibliyi etdiyi və Səudiyyə Ərəbistanı, Misir, Türkiyə, İordaniya, İraq, İran və Rusiyanın yüksək səviyyəli diplomatlarının bir araya gəldiyi Doha sammitindən sonra baş tutub.