METBUAT.AZ

Dünya

Qətər Suriyada səfirliyini yenidən açacaq

11 Dekabr 2024 14:31

Qətər uzun fasilədən sonra Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edəcək.

Mtebuat.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmisi Məcid əl-Ənsari məlumat verib. Onun sözlərinə görə, zəruri prosedurlar başa çatdıqdan sonra səfirlik yaxın vaxtlarda açılacaq.

Qeyd edək ki, Qətərin Suriyadakı səfirliyi 2011-ci ildən bəri fəaliyyət göstərmirdi.


metbuat.az.