METBUAT.AZ

Hadisə

Qəzada ölənlərdən biri İTV-nin sabiq əməkdaşıdır -

25 Dekabr 2024 17:24

Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, İTV-nin keçmiş rejissoru Könül Əlizadə də qəzaya uğrayan təyyarədə olub.

Qəza nəticəsində o həlak olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.


metbuat.az.