METBUAT.AZ

Hadisə

Qəzada xilas olan bələdçi ailəsi ilə danışdı -

25 Dekabr 2024 22:15

Qəzaya uğrayan təyyarədən sağ-salamat xilas ola bilənlərdən biri də bələdçi Zülfüqar Əsədovdur.

Metbuat.az xəbər verir ki, ailəsinin sözlərinə görə, xəbəri eşidəndə şok keçiriblər. Lakin ailə başçısı ilk fürsətdə onlarla əlaqə saxlayıb, yaxşı olması barədə məlumat verib.

Zülfüqar Əsədovun oğlu Nurlan Sərdarzadə İTV-yə bildirib ki, atası başından, belindən, böyrəyindən xəsarətlər alıb.

Qeyd edək ki, Zülfüqar Əsədov otuz ildən çoxdur ki, aviasiya sahəsində çalışır.

Ətraflı İTV-nin süjetində:



metbuat.az.