18 Dekabr 2024 11:02
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Sevinc Mahmudova dünyanın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.
Metbuat.az xəbər verir ki, Sevinc Mahmudova respublika və beynəlxalq fənn olimpiadalarında böyük uğurlar əldə edib. O, respublika fənn olimpiadalarında 1 qızıl və 2 gümüş medal, həmçinin riyaziyyat fənni üzrə iki dəfə Avropa Qızlar Olimpiadasında (EGMO) və bir dəfə Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) bürünc medallar qazanıb.
Sevinc Mahmudova bu uğurlarını Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində keçdiyi hazırlıq sayəsində əldə edib. Ötən il məktəbdən məzun olan Sevinc hazırda Cənubi Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutunda (KAIST) I kurs tələbəsidir.
Azərbaycanlı gəncin beynəlxalq səviyyədəki bu uğuru ölkəmizin təhsil sahəsindəki potensialını bir daha sübut edir.