14 Dekabr 2024 17:21
Rusiyanın hərbi bazalarını Suriyanın Latakiya vilayətindən Liviyaya köçürür.
Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, yaxın vaxtlarda Suriyadakı "Xmeymim" hərbi bazasından Rusiyaya məxsus təyyarələrin Liviyaya uçuşları gözlənilir.
Məlumata görə, agentlik Suriyadakı hərbi bazadan iki ədəd An-124 təyyarəsi ilə hərbi texnika köçürülməsi barədə peyk görüntülər əldə edib.
Xatırladaq ki, Suriyanın yeni hakimiyyəti Rusiya hərbi bazalarının yerləşdiyi Latakiya əyalətinə tam nəzarət edir.