METBUAT.AZ

Gündəm

Sərnişinlərdən üçünün vəziyyəti ağırdır -

26 Dekabr 2024 11:02

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin, xilasetmə qüvvələrinin əməkdaşları xüsusi texnikalarla hadisə yerində fəaliyyət göstərirlər.

Metbuat.az xəbər verir ki, bu sözləri hadisə yerinə ezam olunmuş jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin həkimi Nigar Pənahova bildirib.

Onun sözlərinə görə, tibbi xidmətin tərkibində olan psixoloq qrupu zərərçəkmişlər görüşüb, onlara psixoloji xidmət göstərib. “Ümumi olaraq 29 nəfər zərərçəkmiş var. 27 nəfər Mangistau regional xəstəxanasına yerləşdirilib. İki uşaq isə başqa xəstəxanaya aparılıb. Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir”, - deyə o bildirib.

N.Pənahova qeyd edib ki, vəziyyəti normal olan xəstələrin yaxın zamanda Bakıya köçürülməsi gözlənilir.


metbuat.az.