8 Dekabr 2024 00:10
Suriya hökumət qüvvələrinə qarşı çıxan müxalifət tərəfdarları Dəməşqin ətrafına yaxınlaşıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.
Məlumata görə, Suriya ordusunun bölmələri paytaxtın bəzi ətraf bölgələrindən geri çəkilib.
Suriya Müdafiə Nazirliyi isə Dəməşq və ətraf ərazilərdən hərbçilərin çıxarılması barədə məlumatları təkzib edib.
TASS xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
"Dəməşqin bütün rayonlarında mövcud olan silahlı qüvvələrimizin bölmələrinin çıxarılması barədə heç bir məlumat həqiqətəuyğun deyil", - bəyanatda qeyd olunub.