METBUAT.AZ

Dünya

Suriyanın müvəqqəti höküməti

13 Dekabr 2024 23:12

Suriyada qurulan müvəqqəti hökumət İsrailin 1974-cü ildə imzalanan Qüvvələrin Çıxarılması Müqaviləsini pozduğu iddiası ilə Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib.

Metbuat.az Türiyə KİV-nə istinadən xəbər verir ki, 61 illik Baas rejiminin devrilməsindən sonra İsrail Suriyanın Hermon Dağını işğal edib, hava hücumları ilə Suriya ordusunun qalan donanmasını və hava qüvvələrini böyük ölçüdə məhv edib. Hermon Dağından sonra İsrail qüvvələri Suriyanın Kuneytra vilayətində də irəliləyərək Şam ətrafına qədər gəlib. Suriyada hakimiyyəti ələ keçirən müvəqqəti hökumət İsrailin 1974-cü il Qüvvələrin Çıxarılması Müqaviləsini pozması iddiası ilə Birləşmiş Millətlər Təşkilatına müraciət edib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Kusay əl-Dahhak tərəfindən edilən şikayətdə belə deyilir: "İsrail şiddətli bombardmanlar ilə Hermon Dağını və Kuneytra vilayətini işğal edib. İşğal hələ də davam edir. İsrail bölgədə yaşayan mülki əhalini hədəf alır. Suriya Birləşmiş Millətlər Təşkilatı və Təhlükəsizlik Şurasından üzərinə düşən vəzifələri yerinə yetirərək Suriya ərazilərinə qarşı işğalı və hücumları dayandırmaq üçün tədbir görməsini tələb edir".


metbuat.az.