25 Dekabr 2024 11:17
Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Esaad Həsən Şeybani İranla bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o, İranın Suriyanın suverenliyinə hörmət etməyə çağırıb. Esaad Həsən Şeybani bu barədə sosial media hesabında paylaşım edib. Suriya müvəqqəti hökumətinin xarici işlər naziri bildirib ki, İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Esaad Həsən Şeybani İrana xəbərdarlıq da edib. O, “Biz İrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaratmaqdan çəkinsin və son bəyanatlarına görə onların məsuliyyət daşıdığını bildiririk”- deyə bildirib.
Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İranın hərbi qüvvələri geri çəkilib. İran tərəfinin açıqlamasına görə, Suriyada İranın hərbi varlığı qalmayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İranın Suriyaya əvvəlki müdaxiləsinin terrorla mübarizə məqsədi daşıdığını bildirib. O, İranın keçmişdə bəzi qruplarla əlaqə saxladığını, lakin Suriyadakı hazırkı administrasiya ilə birbaşa əlaqəsinin olmadığını bildirib.