21 Dekabr 2024 17:24
Suriyanın yeni hakimiyyəti Əsaad Həsən əl-Şibanini xarici işlər naziri təyin edib.
Metbuat.az xəbər verir ki, bu barədə Suriyada hakimiyyətə gələn müxalifətin birləşmiş qüvvələr komandanlığının bəyanatında bildirilib.
Məlumata görə, Həsən əl-Şibani müvəqqəti hökumətdə öz vəzifəsini icra edəcək.