METBUAT.AZ

İdman

Tarixi üçlü bu klubda bir araya gəlir -

12 Dekabr 2024 09:42

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymarla bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, ABŞ-ın "İnter Mayami" klubunun futbolçunu transfer etmək istədiyi deyilir. İddia edilir ki, klub “Barselona”da çıxış edən MSN üçlüsünü ABŞ-da bir araya gətirmək istəyir. Qeyd edək ki, hazırda Lionel Messi və Luis Suarez "İnter Mayami"də çıxış edir. Vaxtilə “Barselona”da birlikdə çıxış edən, Messi-Suarez-Neymar üçlüsü MSN kimi təqdim edilirdi. Futbolçular birlikdə böyük uğurlara imza atmışdı. Neymarın mövsümün sonunda "Əl-Hilal" klubundan ayrılması istəməsi barədə xəbərlər dərc edilərkən, onun adının "İnter Mayami" ilə hallanmasına klubdan reaksiya verilib.

"İnter Mayami" komandasının sahiblərindən olan Xorxe Mas Neymarın hazırda “Əl-Hilal” klubunun futbolçusu olduğunu deyərək, onun transferi barədə danışmağın doğru olmadığını ifadə edib. Bununla belə, o bildirib ki, "İnter Mayami" həmişə ulduz futbolçuları transfer etməyi məqsəd qoyub. O, Neymarı transfer etmək fürsətinin olacağı təqdirdə bundan istifadə edəcəklərini qeyd edib.


metbuat.az.