METBUAT.AZ

Gündəm

TƏBİB-də yeni

28 Dekabr 2024 20:36

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Qeyd olunub ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Afiq Fərruxov Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

O, 2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.

A.Fərruxov 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət göstərib.


metbuat.az.