METBUAT.AZ

Gündəm

TƏBİB sədri yaralılar barədə danışdı

26 Dekabr 2024 22:15

Yaralıların müayinələri davam edir. Müayinələr tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar.

Metbuat.az "Baku TV"yə istinadən xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaralıların müayinə və müalicəsi yüksək səviyyədə təmin olunur: "Məqsədimiz onların tez sağalıb, evə qayıtmalarıdır. Bundan əvvəl gətirilmiş 7 nəfər isə artıq plataya köçürülüb. Onların vəziyyətləri stabildir".

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


metbuat.az.