METBUAT.AZ

Ölkə

TƏBİB sədrindən ​epidemioloji vəziyyətlə bağlı açıqlama

12 Dekabr 2024 16:27

Epidemioloji vəziyyətlə bağlı təcili tibbi yardıma müraciətlərdə kəskin artış yoxdur.

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə mövsümlə əlaqəli kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur.

V.Qurbanov qeyd edib ki, xəstəxanalara insanların müraciət sayı normal səviyyədədir.


metbuat.az.