12 Dekabr 2024 18:36
Noyabrın 26-da Lənkəranda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan həmin maşındakı xəstə vəfat edib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Mercedes” markalı tibbi avtomobildə xəsarət alan Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Lənkəranın Digah kəndi ərazisində qeydə alınmışdı.
Belə ki, Astaradan Lənkərana xəstə gətirən Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi “Hundai Tucson” markalı minik avtomobili ilə toqquşub.
Qəzada, avtomobildə olan xəstə, Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova və onun yaxınları Elnarə Elsevər qızı Əhmədova, Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunmuşdular.
Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.