2 Dekabr 2024 09:53
Suriya Milli Ordusu terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatında Tel Rıfat rayonun mərkəzini nəzarətə götürüb.
Metbuat.az xəbər verir ki, Suriya Milli Ordusu rayonun mərkəzini nəzarətə götürsə də, ətraf ərazilərdə qarşıdurmalar davam edir. Tel Rıfatın şərqindəki Hırbıl kəndini də azad edən birliklər, mərkəzdə istehkam işləri aparıb.
Qeyd edək ki, Türkiyə sərhədinin 18 kilometrliyində olan Tel Rıfat 8 ildir YPG/PKK terrorçuları tərəfindən işğal edilmişdi. Məlumata görə, Suriya ordusunun nəzarətində olan Hələb rejim əleyhdarı silahlı qrupların nəzarətinə keçəndən sonra Dəməşq, PKK/YPG-dən dəstək istəyib. Suriya rejimi Fəratın şərqində nəzarəti altında olan torpaqları PKK/YPG qüvvələrinə təhvil verməyə başlayıb, Fəratın şərqindən Hələb bölgəsinə çoxlu sayda PKK/YPG-li qüvvələr cəlb edilib.