METBUAT.AZ

Dünya

Terroçular qardaş ölkədə nəzarət-buraxılış məntəqəsi ələ keçirdi

21 Dekabr 2024 18:50

Pakistanın şimal-qərb əyaləti olan Hayber-Paxtunxvada silahlı qruplaşmaların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 16 hərbçi həlak olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Times of India" xəbər yayıb.

Bildirilir ki, hücum nəticəsində daha beş nəfər ağır yaralanıb.

Məlumata görə, məntəqəyə 30-a qədər terrorçu hücum edib, atışma bir neçə saat davam edib.

Qeyd edilir ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.


metbuat.az.