27 Dekabr 2024 18:57
AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Aktau yaxınlığında qəzaya uğraçması ilə bağlı Çeçenistanda matəm elan edilib.
Metbuat.az xəbər verir ki, Rusiya mətbuatı bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırovun sərəncamına istinadən məlumat yayıb.
Çeçenistan rəhbərliyi dekabrın 28-ni matəm günü elan edib.
Qeyd edək ki, qəzanın səbəbi kimi ilkin versiya olaraq Rusiya raketi göstərilib. Lakin Moskva bu iddianı təsdiqləmək üçün araşdırma nəticələrinin gözlənildiyini bildirib.