METBUAT.AZ

Gündəm

Təyyarə qəzasında həlak olan dörd nəfərin nəşi Bakıya gətirildi

26 Dekabr 2024 20:47

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.

Metbuat.az xəbər verir ki, həlak olanların nəşi və yaralılar Bakıya AZAL-a məxsus təyyarə ilə çatdırılıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


metbuat.az.