26 Dekabr 2024 18:08
Dünən səhər saatlarında “Pantsir-1C” raketinin bir hissəsi Vladiqafqaz istiqamətində düşüb.
Metbuat.az axar.az-a istinadən xəbər verir kİ, bu barədə Rusiya hökumətyönlü kanalları görüntülər paylaşıb.
“Bez Tormozov” kanalının məlumatına görə, eynilə belə bir raket bloku Qroznının Şali rayonuna düşüb. Lakin Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması fonunda yayılan məlumatlardan sonra görüntülər silinib.
Qeyd edək ki, dünən Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Qroznı üzərində “Pantsir” raketinin hədəfinə tuş gəlib.