30 Noyabr 2024 23:56
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Çeçenistana yollanıb.
Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bloger instaqram səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırovla bir araya gəlib. Onlar birgə dağlıq əraziyə gediblər. Avtomobili Kadırov özü idarə edib.
Hüseyn tezliklə Qroznıda toy edəcəyini vurğulayıb:
"Biz razılığa gəldik ki, toyumu tezliklə Qroznıda edəcəyəm. Hamını da toyuma dəvət edirəm".
Kadırov isə Hüseynin bu sözlərinə belə reaksiya verib:
"Əgər tamada mən olacağamsa, toy möhtəşəm keçəcək. Əl sıxdıqsa, demək bu çox ciddi məsələdir. Tezliklə bu toyun olacağını gözləyirik".