METBUAT.AZ

Dünya

​Tramp bu ərazinin ABŞ-a qaytarılmasını tələb etdi

22 Dekabr 2024 09:41

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalının ABŞ-yə qaytarılmasına dair çağırış edib.

Metbuat.az APA-ya istinadla xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, kanaldan ən fəal istifadə edən ABŞ-dir, bu kanal isə Amerikanın iqtisadiyyatında və milli təhlükəsizliyində əsas rol oynayır.

“ABŞ-nin Panamaya göstərdiyi fövqəladə səxavəti nəzərə alsaq, Panamanın aldığı rüsumlar gülüncdür”,- Tramp qeyd edib.


metbuat.az.