METBUAT.AZ

Dünya

Trampın Panama kanalı barədə çıxışı böhrana səbəb oldu

23 Dekabr 2024 14:49

Panama prezidenti Xose Raul Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalı ilə bağlı sözlərinə sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, Trampın “Panama kanalının ABŞ-a qaytarılması tələb edilə bilər” sözlərinə cavab verən prezident kanalın statusunun dəyişməyəcəyini deyib. O, Panama kanalının Panamaya məxsus olduğunu və bunun stasun belə qalacağını ifadə edib. Raul Mulinonun sözlərinə görə, Panama kanalı və ona bağlı bütün ərazilər, onun hər kvadratmetri Panamaya məxsusdur. Panamanın suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz deyən prezident, Panama kanalının panama xalqına məxsus olduğu vurğulayıb. Mulino, "Bu ödənişlər bazar şəraiti, beynəlxalq rəqabət, istismar xərcləri və kanalın saxlanması və modernləşdirilməsi ehtiyacları nəzərə alınmaqla müəyyən edilir" - deyə bildirib.

Qeyd edək ki, Donald Tramp kanalın ödənişlərinin yüksək olduğunu bildirib və düzgün idarə olunmayacağı təqdirdə onu ABŞ-a qaytarmağa çalışa biləcəyini deyib.


metbuat.az.