METBUAT.AZ

İdman

Türkiyə klubuna sərt cəza -

9 Dekabr 2024 22:17

Türkiyənin 1-ci Liqa komandalarından olan "Yeni Malatyaspor"un 18, 2-ci Liqa təmsilçisi "Giresunspor"un isə 6 xalı silinib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama verib. Məlumata görə, FİFA İntizam Komitəsinin Trendyol 1-ci Liqa komandası “Yeni Malatyaspor”un 3 ayrı məsələnin hərəsindən 6 xal olmaqla ümumilikdə 18 xalı silinib. “Nesine” 2-ci Liqa təmsilçisi “Giresunspor”un isə 1 məsələdən 6 xalı silinib. “Yeni Malatyaspor” klubunun məsələ barədə açıqlamasında deyilir ki, xalların silinməsi iki il əvvəl klubda xidmət edən Marius Sumdica, Qabriel Marqarit və Kristina Petrlə bağlıdır.


metbuat.az.