23 Dekabr 2024 15:43
Türkiyə hər zaman Suriyanın yanında olub, bunu unutmayacağıq.
Metbuat.az xəbər verir ki, Suriyadakı yeni administrasiyanın rəhbəri Əhməd Şara Türkiyənin Xarici işlər naziri Hakan Fidanla Dəməşqdə keçirilən görüşün yekunlarına dair açıqlamasında belə deyib. O bildirib ki, yeni administrasiya Türkiyənin dəstəyinə və əməkdaşlığına önəm verir. Əhməd Şaranın sözlərinə görə, Fidanla Suriyanın gələcəyi ilə bağlı məsələlər haqqında ətraflı müzakirə aparılıb. Yeni administrasiyanın lideri bəyan edib ki, əhəmiyyətli olan böyük ölkələrin Suriyadakı ümumi prinsiplər üzərində həmfikir olmasıdır və bu prinsiplərdən birincisi Suriyanın müstəqilliyi və ərazi bütövlüyüdür. Daha sonra isə iqtisadi və sosial problemlər gəlir.
Əhməd Şara, “Qonşu dövlətlərin əksəriyyətinin yeni administrasiyanı qəbul etdiklərini müzakirə etdik. Gələcəkdə hökumətin gücündən danışdıq. Xüsusilə Müdafiə Nazirliyinin əhəmiyyətini və silahların yalnız dövlətin nəzarəti altında qalmasını müzakirə etdik. Silah dövlətdən başqa heç bir qrupun əlində olmamalıdır” - deyə bildirib.