METBUAT.AZ

Dünya

​Ukraynada atəşkəs deyil, real sülh istəyirik -

13 Dekabr 2024 22:43

Ukraynada atəşkəs deyil, real sülh istəyirik.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Metbuat.az xəbər verir ki, o bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynanın Rusiya ərazisinə ABŞ istehsalı raketlərlə hücumlarını tənqid etməsi Moskvanın mövqeyi ilə üst-üstə düşür. Peskov Trampın açıqlamalarında məmnun olduqlarını, lakin diqqətli əldən vermədiklərini ifadə edib. Peskov, “Unutmamalıyıq ki, Trampın ilk prezidentliyi dövründə Rusiyaya qarşı 50 dəfədən çox sanksiyalar tətbiq edilib. Biz onların keçmiş hərəkətlərini nəzərə almalıyıq" - deyə bildirib. Rusiyanın əsas məqsədinin daimi sülh olduğunu ifadə edən Peskov, atəşkəsin sülh əldə etmək üçün başlanğıc ola biləcəyini bildirib.

Qeyd edək ki, Donald Tramp Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq üçün plan irəli sürüb. Planın birinci maddəsinə görə, Moskvanın siyasi təcridinə son qoyulmalıdır. Digər vacib şərt isə Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqların təxirə salınmasını nəzərdə tutur. Həmçinin bildirilir ki, müharibənin dayandırılması müqabilində Ukrayna Rusiyanın ələ keçirdiyi torpaqların idarəçiliyini işğalçı ölkəyə verməli olacaq. Hər iki tərəf atəşkəs elan edib sülh danışıqlarına başlayarsa, onlara təşviqlər təklif edilir. Təklifi rədd edən ölkəyə isə təzyiq ediləcək.


metbuat.az.