6 Dekabr 2024 15:45
Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskə səfər edib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Vladimir Putin İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcək. İclasa Belarus Prezidenti Aleksandr Lukaşenko sədrlik edəcək.
Məlumata görə, iki dövlət başçısının ayrıca görüşü də nəzərdə tutulub. Görüşdə Rusiya və Belarusun müdafiə məkanının gücləndirilməsi məsələləri müzakirə olunacaq.