25 Dekabr 2024 10:40
Şimali Osetiya rəhbəri Sergey Menyaylo Vladiqafqazda televiziya qülləsi yaxınlığında partlayışla bağlı xəbərləri təkzib edib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, respublika rəhbəri feyk xəbərlər yaymamağa çağırıb.
Qeyd edək ki, "SHOT" teleqram kanalı PUA-nın Vladiqafqazın Osetinskaya Qorka küçəsindəki televiziya qülləsini vurmağa cəhd etdiyini və nəticədə partlayış baş verdiyini yazıb.