20 Dekabr 2024 21:59
“WhatsApp” platforması kanallar bölməsində yenilik edib.
Metbuat.az xəbər verir ki, kanallar bölməsinə "Sevimli mesajlar" funksiyası əlavə edilib. Bildirilir ki, istifadəçi izlədiyi kanalda onu maraqlandıran mesajları sevimlilərə əlavə etməklə bu məzmuna daha asan daxil ola bilər. Hələlik funksiya sınaqdan keçirildiyi üçün bütün istifadəçilər üçün əlçatan deyil. Yenilik androidin beta versiyasında müşahidə edilib.
Kanallar üçün sevimli mesajlar funksiyası çox sadə işləyir. Bunu etmək üçün mesajı basıb saxlamaq və yuxarı sağdakı işarəyə toxunmaq lazımdır. İstifadəçilər kanalda bir mesajı sevimlilərinə əlavə etdikdə, daha sonra ona qayıda və istədiyi zaman eyni mesaja asan şəkildə daxil ola biləcəklər. İstifadəçi kanaldakı mesajı sevimlilərə əlavə etmək üçün həmin kanalı izləməlidir. İstifadəçi kanalı izləməyi dayandırdıqda, kanaldakı bütün sevimli mesajlar avtomatik olaraq silinir.