METBUAT.AZ

Hadisə

​Xırdalandakı partlayışda yaralananların son vəziyyətləri açıqlandı

23 Dekabr 2024 00:36

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.


metbuat.az.