METBUAT.AZ

Hadisə

"Yoldaşım yanımda idi, qəzadan sonra..." -

26 Dekabr 2024 09:08

Təyyarə qəzasından sağ çıxan zaqatalalı Nurullah Siracovun xəstəxanadan videosu yayımlanıb.

Metbuat.az xəbər verir ki, yaralı Nurullah Siracov Zaqatalanın Danaçı kəndindəndir və həyat yoldaşı Müslümət Siracova ilə birlikdə səfər edirmiş.

O, hadisə anını belə xatırlayıb:

"Həyat yoldaşım yanımda idi. Təyyarə düşəndən sonra onu tapa bilmədim. Hələ də ondan xəbərim yoxdur".

Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Müslümət Siracovanın adı həlak olanların siyahısında yer alıb.


metbuat.az.